Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Baş nazirləri iyunun 21-də Minskdə görüşəcək.
Bu barədə Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi İya Malkina brifinqdə bildirib.
“Hökumətlərarası Şura iyunun 21-də Minskdə hökumət başçılarının iştirakı ilə keçiriləcək. Hökumət başçıları Aİİ-də identifikasiya vasitələri ilə malların markalanmasının tətbiqi, yüksək texnologiyalı sənayelərdə əməkdaşlıq, 2021-ci ildə transsərhəd bazarlarda rəqabətin vəziyyəti və ümumi rəqabət qaydalarının pozulması hallarının qarşısının alınması tədbirlərini müzakirə edəcəklər”, o bildirib.
Aİİ rəsmisi qeyd edib ki, müzakirə gündəliyinə nəqliyyat infrastrukturunun inkişafı, iqtisadiyyatın rəqəmsallaşdırılması, elektron ticarət, gömrük əməkdaşlığı və digər məsələlər daxildir.