Asiya İnkişaf Bankının (ADB) keçmiş vitse-prezidenti Tierri de Lonqmar (Thierry de Longuemar) Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) maliyyə direktoru təyin edilib. 2011-ci ilin noyabrında ADB-nin maliyyə və administrativ məsələlər üzrə vitse-prezidenti olub. Amma 2013-cü ilin yanvarında isə maliyyə və risklərin idarə edilməsi üzrə vitse-prezident təyin edilib.
T. Lonqmarın vitse-prezident kimi səlahiyyəti 2014-cü ilin noyabrında daha iki il uzadılıb.
Onu da qeyd edək ki, T. Lonqmar iki dəfə (2002-2004 və 2010-2011-ci illərdə) xəzinədar kimi çalışıb.
Report