10 C
Baku
Cümə, Oktyabr 29, 2021

AIIB-də Azərbaycan üzrə alternativ direktor dəyişib

Asiya İnfrastruktur İnvestisiya Bankında (AIIB) Azərbaycan üzrə Türkiyədən olan alternativ direktor dəyişib.

Bu vəzifəyə Pakistan vətəndaşı Məhəmməd Aslam Çaudaridir (Muhammad Aslam Chaudhary) təyin edilib. Hazırda M.A.Çaudari Pakistan hökumətində iqtisadi məsələləri şöbəsinin katibidir.

O, Azərbaycanla yanaşı, Türkiyə, Bruney, Gürcüstan, Qırğızıstan və Pakistan üzrə də eyni vəzifəni icra edəcək.

Bu vaxta qədər bu vəzifəni icra edən Türkiyə xəzinə və maliyyə nazirliyinin baş direktorunun köməkçisi Necməttin Özdin (Necmettin Ozdin) isə bankdan ayrılıb.

Hazırda AIIB-də digər alternativ direktor isə Gürcüstan vətəndaşı Nikoloz Qaquadır (Nikoloz Gagua). N.Qaqua hazırda Gürcüstan maliyyə nazirinin müavinidir.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində (Çin) 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfdən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib. Hazırda rəsmi Bakının Bankda payı 0,2626 %-ə, səsvermə payı isə 0,4229 %-ə bərabərdir.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər