6 C
Baku
Sunday, December 15, 2024

AIIB-nin kapitalında Azərbaycanın payı $250 mln.-u ötür

Asiya İnfrastruktur İnvestisiya Bankının (Asian Infrastructure Investment Bank, AIIB) kapitalında Azərbaycanın payı 0,2541% təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“2016-cı ilin iyun ayında Azərbaycan banka üzvlüklə bağlı bütün prosedurları başa çatdırıb. Hazırda AIIB-nin kapitalında respublikanın payı $251,4 mln. və ya 0,2541% təşkil edir”, – deyə məlumatda bildirilir.

AIIB ötən ilin dekabr ayında TANAP qaz kəmərinin tikintisi üçün Azərbaycana $600 mln. məbləğində kredit ayırıb.

Mənzil-qərargahı Pekində yerləşən bank Çinin (26,06% pay sahibidir) təşəbbüsü ilə 57 ölkə tərəfindən 2015-ci ilin sonunda təsis edilib. Bankın nizamnamə kapitalı $100 mlrd. təşkil edir.

Son xəbərlər
Digər xəbərlər