Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Ukraynada vəziyyətlə əlaqədar Rusiya və Belarusda həyata keçirilən layihələrin maliyyələşdirilməsini dayandırıb .
Bu barədə Bankın internet səhifəsində bildirilir.
Məlumatda deyilir ki, hazırda vəziyyət hərtərəfli araşdırılır, müharibədən birbaşa və yaxud dolayı yolla zərər çəkən üzv ölkələrə maliyyə vəsaiti ayrıla bilər.
“Xammal qiymətlərinin kəskin artımı, maliyyə bazarlarında dalğalama və başqa amillər üzvlərimizin iqtisadiyyatına mənfi təsir edə bilər. Biz lazım gəldikdə sürətli dəstək göstərmək üçün tərəfdaş beynəlxalq təşkilatlarla hərtərəfli çalışırıq”, – deyə qurum bəyan edib.
AIIB Çinin təşəbbüsü ilə region ölkələrində infrastruktur layihələrini dəstəkləmək üçün 100 milyon ABŞ dolları məbləğində nizamnamə kapitalı ilə təsis edilib, 2016-cı ilin yanvar ayından əməliyyatlar aparır. Hazırda 105 üzvü olan bankın əsas təsisçiləri Çin, Hindistan, Rusiyadır.