7 C
Baku
Sunday, February 5, 2023

Əmək pensiyasının təyinatında YENİ QAYDA – Müddəti artırıldı

Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında nəzərə alınacaq müddət artırılır.

Banker.az xəbər verir ki, bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə əmək fəaliyyəti müddətindən əlavə olaraq əmək fəaliyyətinə aid olmayan, lakin sığortaolunanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajına daxil edilən dövrlərin nəzərə alınması, o cümlədən avtomatlaşdırılmış pensiya təyinatında, habelə sığortaolunanın ölümü ilə əlaqədar olaraq onun ailə üzvlərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında bütün dövrlərin nəzərə alınması nəzərdə tutulur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X