4 C
Baku
Friday, March 29, 2024

Ailə büdcəsi necə təşkil olunmalıdır – Cədvəl

Bu gün biz ailə büdcəsindən danışacağıq. Mövzu olduqca aktualdır, belə ki, valideynlərin və eləcə də uşaqların maliyyə rifahı büdcənin təşkilindən asılıdır. 

Ailə büdcəsi dedikdə gəlir və xərclərin planlanması (adətən 1 aylıq) nəzərdə tutulur. Fərdi maliyyə planı nə qədər düzgün tərtib edilsə, ailənin maddi vəziyyəti bir o qədər yaxşı olacaq. Plan real olmalıdır, ailə üzvlərinin hər biri bu plana riayət etməlidir. Demək, ailə büdcəsi necə təşkil olunmalıdır. 

Ailə büdcəsinə iki gəlir və dörd dənə xərc kateqoriyası daxildir. Cədvəl qurarkən, hər bir kateqoriyanı ayrı-ayrılıqda planlamaq lazımdır.  

!!! Çox vacib bir məqamı da qeyd etmək istərdim. Ailə büdcəsinin planlanması, ailənin istifadə etdiyi büdcənin tipindən asılıdır. Bu səbəbdən ilk növbədə istifadə etdiyiniz büdcənin növünü müəyyən etməyiniz məqsədə uyğundur (ortaq, qarışıq və ya ayrılıqda aparılan ). 

 

Büdcəni tərtib etməzdən əvvəl ötən aydakı gəlirləri və xərcləri təhlil etməlisiniz. Lazımı məlumatları əldə etdikdən sonra, növbəti ay üçün büdcəni planlamağa başlaya bilərsiniz. 

!!! Ailə büdcəsi özündə gəlirləri və xərcləri əks etdirən cədvəl şəklində tərtib olunur, cədvələ plan və faktiki məlumatlar yazılır (plan – dərhal, faktiki – ortaya çıxa biləcək xərclər)

Siz cədvəli müxtəlif, sizin üçün rahat olan üsullarla tərtib edə bilərsiniz: əl ilə kağız üzərində, MS Excel və ya mühasibatlıqda istifadə olunan proqramların köməyi ilə. 

Ortaq tipli ailə büdcəsi üçün cədvəl

     

Plan 

Fakt

Kənara çıxmalar

Ərin gəliri

Əsas ə/h

900 

900

0

Əlavə gəlir

400

500

+100

Arvadın gəliri

Sosial yardımlar

250

250

0

İnternetdən gələn gəlir

150

200

+50

Ailənin gəliri

Depozit üzrə faizlər

130

130

0

Ümumi gəlir:

1830

1980

+150

Məcburi xərclər

Kredit

250

350

+100

Qırağa atılan pullar

200

250

+50

Ümumi məcburi xərclər:

450

600

+150

Ailənin xərcləri

Daimi xərclər

Kommunal 

210

197

-13

TV kabel

13

13

0

İnternet

13

13

0

Dəyişən xərclər

Qida 

530

550

+20

Paltar

50

130

+80

Məişət kimyası

13

0

-13

İstirahət

130

50

-80

Əyləncə

50

0

-50

Ailə xərclərinin cəmi:

1009

953

-56

Uşaqlara çəkilən xərclər

Bağça

40

40

0

Oyuncaqlar

25

40

+15

Əyləncə

13

13

0

Uşaqlara çəkilən ümumi xərclər:

78

93

+15

Ərin şəxsi xərcləri

Siqaret

25

25

0

Ovçuluq üçün lazım olan əşyalar

25

40

+15

Ərin xərcləri:

50

65

+15

Arvadın şəxsi xərcləri

Kosmetika

25

15

-10

Gözəllik salonu

15

15

0

Arvadın xərclərinin cəmi:

40

30

-10

Gözlənilməyən xərclər

180

50

-130

Ümumi xərclər:

1850

1700

-150

Qənaət:

0

150

+150

 

Göründüyü kimi, ortaq tipli ailə büdcəsi cədvəlində ilk olaraq gəlirlər planlanır. Bundan sonra isə sizə aşağıdakı xərcləri planlamağı tövsiyə edirəm:

-borcların ödənilməsi

-ehtiyatların yaradılması

-qırağa atılan pul

-ailə kapitalının formalaşdırılması

Yalnız bu mərhələni keçəndən sonra, digər dörd kateqoriyaya daxil olan xərclər planlanır: 

  1. Ümumi xərclər (daimi və dəyişən)
  2. Uşaqlara çəkilən xərclər
  3. Ərin şəxsi xərcləri
  4. Arvadın şəxsi xərcləri

Sizə eyni zamanda gözlənilməyən xərcləri də planlamağı məsləhət görürəm (orta hesabla gəlirin 10%).

“Plan” sütunu planlamaq istədiyiniz ayın əvvəlində, “fakt” sütunu axırında doldurulur. Əgər Excel proqramından istifadə edirsinizsə, cədvəlin doldurulması üçün hazır formullardan istifadə edə bilərsiniz. 

Qarışıq tipli ailə büdcəsinin cədvəli. Bu cədvəlin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, burada ilk olaraq ərin və arvadın xərcləri hesablanır (məsələn, faiz nisbəti şəklində və s.), daha sonra isə digər xərclər göstərilir. 

Büdcənin bu tipində həm ananın, həm atanın kapitalı və ehtiyatda saxladıqları pul ayrı-ayrı hesablana bilər. 

Ayrılıqda aparılan büdcə tipi, iki cədvəlin tərtib edilməsini nəzərdə tutur. Cədvəlin birində ərin, digərində isə arvadın gəlir və xərcləri hesablanır. Uşaqlara çəkilən xərclər bölüşdürülür. 

!!! Təklif olunan cədvəl dəyişdirilə bilər, siz onu öz ailənizdən çıxış edərək redaktə edə bilərsiniz (etməlisiniz də!). 







Son xəbərlər
Digər xəbərlər