Bu gün biz ailə büdcəsindən danışacağıq. Mövzu olduqca aktualdır, belə ki, valideynlərin və eləcə də uşaqların maliyyə rifahı büdcənin təşkilindən asılıdır.
Ailə büdcəsi dedikdə gəlir və xərclərin planlanması (adətən 1 aylıq) nəzərdə tutulur. Fərdi maliyyə planı nə qədər düzgün tərtib edilsə, ailənin maddi vəziyyəti bir o qədər yaxşı olacaq. Plan real olmalıdır, ailə üzvlərinin hər biri bu plana riayət etməlidir. Demək, ailə büdcəsi necə təşkil olunmalıdır.
Ailə büdcəsinə iki gəlir və dörd dənə xərc kateqoriyası daxildir. Cədvəl qurarkən, hər bir kateqoriyanı ayrı-ayrılıqda planlamaq lazımdır.
!!! Çox vacib bir məqamı da qeyd etmək istərdim. Ailə büdcəsinin planlanması, ailənin istifadə etdiyi büdcənin tipindən asılıdır. Bu səbəbdən ilk növbədə istifadə etdiyiniz büdcənin növünü müəyyən etməyiniz məqsədə uyğundur (ortaq, qarışıq və ya ayrılıqda aparılan ). |
Büdcəni tərtib etməzdən əvvəl ötən aydakı gəlirləri və xərcləri təhlil etməlisiniz. Lazımı məlumatları əldə etdikdən sonra, növbəti ay üçün büdcəni planlamağa başlaya bilərsiniz.
!!! Ailə büdcəsi özündə gəlirləri və xərcləri əks etdirən cədvəl şəklində tərtib olunur, cədvələ plan və faktiki məlumatlar yazılır (plan – dərhal, faktiki – ortaya çıxa biləcək xərclər) |
Siz cədvəli müxtəlif, sizin üçün rahat olan üsullarla tərtib edə bilərsiniz: əl ilə kağız üzərində, MS Excel və ya mühasibatlıqda istifadə olunan proqramların köməyi ilə.
Ortaq tipli ailə büdcəsi üçün cədvəl
Plan |
Fakt |
Kənara çıxmalar |
|||
Ərin gəliri |
Əsas ə/h |
900 |
900 |
0 |
|
Əlavə gəlir |
400 |
500 |
+100 |
||
Arvadın gəliri |
Sosial yardımlar |
250 |
250 |
0 |
|
İnternetdən gələn gəlir |
150 |
200 |
+50 |
||
Ailənin gəliri |
Depozit üzrə faizlər |
130 |
130 |
0 |
|
Ümumi gəlir: |
1830 |
1980 |
+150 |
||
Məcburi xərclər |
Kredit |
250 |
350 |
+100 |
|
Qırağa atılan pullar |
200 |
250 |
+50 |
||
Ümumi məcburi xərclər: |
450 |
600 |
+150 |
||
Ailənin xərcləri |
Daimi xərclər |
Kommunal |
210 |
197 |
-13 |
TV kabel |
13 |
13 |
0 |
||
İnternet |
13 |
13 |
0 |
||
Dəyişən xərclər |
Qida |
530 |
550 |
+20 |
|
Paltar |
50 |
130 |
+80 |
||
Məişət kimyası |
13 |
0 |
-13 |
||
İstirahət |
130 |
50 |
-80 |
||
Əyləncə |
50 |
0 |
-50 |
||
Ailə xərclərinin cəmi: |
1009 |
953 |
-56 |
||
Uşaqlara çəkilən xərclər |
Bağça |
40 |
40 |
0 |
|
Oyuncaqlar |
25 |
40 |
+15 |
||
Əyləncə |
13 |
13 |
0 |
||
Uşaqlara çəkilən ümumi xərclər: |
78 |
93 |
+15 |
||
Ərin şəxsi xərcləri |
Siqaret |
25 |
25 |
0 |
|
Ovçuluq üçün lazım olan əşyalar |
25 |
40 |
+15 |
||
Ərin xərcləri: |
50 |
65 |
+15 |
||
Arvadın şəxsi xərcləri |
Kosmetika |
25 |
15 |
-10 |
|
Gözəllik salonu |
15 |
15 |
0 |
||
Arvadın xərclərinin cəmi: |
40 |
30 |
-10 |
||
Gözlənilməyən xərclər |
180 |
50 |
-130 |
||
Ümumi xərclər: |
1850 |
1700 |
-150 |
||
Qənaət: |
0 |
150 |
+150 |
Göründüyü kimi, ortaq tipli ailə büdcəsi cədvəlində ilk olaraq gəlirlər planlanır. Bundan sonra isə sizə aşağıdakı xərcləri planlamağı tövsiyə edirəm:
-borcların ödənilməsi
-ehtiyatların yaradılması
-qırağa atılan pul
-ailə kapitalının formalaşdırılması
Yalnız bu mərhələni keçəndən sonra, digər dörd kateqoriyaya daxil olan xərclər planlanır:
- Ümumi xərclər (daimi və dəyişən)
- Uşaqlara çəkilən xərclər
- Ərin şəxsi xərcləri
- Arvadın şəxsi xərcləri
Sizə eyni zamanda gözlənilməyən xərcləri də planlamağı məsləhət görürəm (orta hesabla gəlirin 10%).
“Plan” sütunu planlamaq istədiyiniz ayın əvvəlində, “fakt” sütunu axırında doldurulur. Əgər Excel proqramından istifadə edirsinizsə, cədvəlin doldurulması üçün hazır formullardan istifadə edə bilərsiniz.
Qarışıq tipli ailə büdcəsinin cədvəli. Bu cədvəlin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, burada ilk olaraq ərin və arvadın xərcləri hesablanır (məsələn, faiz nisbəti şəklində və s.), daha sonra isə digər xərclər göstərilir.
Büdcənin bu tipində həm ananın, həm atanın kapitalı və ehtiyatda saxladıqları pul ayrı-ayrı hesablana bilər.
Ayrılıqda aparılan büdcə tipi, iki cədvəlin tərtib edilməsini nəzərdə tutur. Cədvəlin birində ərin, digərində isə arvadın gəlir və xərcləri hesablanır. Uşaqlara çəkilən xərclər bölüşdürülür.
!!! Təklif olunan cədvəl dəyişdirilə bilər, siz onu öz ailənizdən çıxış edərək redaktə edə bilərsiniz (etməlisiniz də!). |