16 C
Baku
Thursday, April 25, 2024

Ailə kreditini əldə etmək sərfəlidir?

Artıq bir neçə bank ”Ailə krediti” adlı məhsullar təqdim etməyə başlayırlar.   Banker.az saytı olaraq bu dəfə Sizə məhz Ailə krediti haqqında məlumat verəcəyik. Kreditin müsbər və mənfi cəhədlərini gördükdən sonra özünüz bu kreditin sərfəli olub, olmayacağına qərar verə biləcəksiniz.

Hazırda bu məhsulu Azər- Türk Bank,  Bank of Baku və İnkişaf üçün Maliyyə təşkilatı təqdim edir.

Krediti məhsulunun əsas özəlliklərindən biri də odur ki, ailənin 4 üzvünə kreditin verilməsidir. Yəni əgər siz bu kreditməhsulunu əldə etmək istəyirsinizsə digər kredit növlərində olduğu kimi ilk növbədə banka iş yerindən arayış təqdim etməlisiniz. 1 arayış təqdim etməklə ailənin 4 üzvü kredit əldə edə bilər. Hər 4 üzvün maaşları hesablandığına görə siz daha çox məbləğ əldə edə bilərsiniz.

gjghjghAzər-Türk Bankdan bu krediti məhsulunu sizə 18-22%-lə, 36 ay müddətinə təqdim edir. Komissiya haqqı isə 1% tutulur. Ailənin 1 üzvünün iş yerindən arayışını gətirməklə 4 ailə üzvü üçün kredit əldə edə bilərsiniz.  Bu zaman siz bankdan daha çox məbləğ əldə edə bilərsiniz. bu məhsul üzrə maksimum məbləğ isə 50 000 AZN –dir.

Təminat üzrə asas tələblər:

5 000 AZN qədər – 1 zamin;

5 001 AZN – 15,000 AZN qədər – 2 zamin və ya maddi girov;

15 000 AZN -dən yuxarı maddi girov.

10402685_780555388662095_4475216358157776810_nBank of Bakunun təqdim etdiyi Ailə krediti üzrə isə maksimal 50 000 AZN əldə edə bilərsiniz. Müddət 12-48 ay, illik faiz isə 32%-dir. Təkrar müştərilər üçün faiz dərəcəsi isə 28-32%-lə hesablanır. Komissiya haqqı isə müddət və məbləğdən asılı olara 1- 7.5% arasında dəyişir.

Zaminlik tələbi

Zamin qismində yalnız ərizəçinin ailə üzvləri iştirak edə bilər;
Zaminin iş yerinə qarşı tələb yoxdur;
Zaminə qarşı digər tələblər borcalana qarşı tələblərlə eynidir.

cvbcBank olmayan Kredit Təşkilatı olan AzərCredit “Ailə Krediti” Məhsulu üçün Sizə 4 000 AZN-ə qədər məbləğ ayırır. Maksimal 30 ay müddətinə əldə edəcəyiniz bu kredit növünün illik faizi isə 31-40% arasında dəyişəcək. Əldə edəcəyiniz kredit üçün isə 2% komissiya haqqı tutulur. Bu məhsul üçün ailənizin 1 və ya 2 üzvü kredit əldə edə bilər.  Kredit sadəcə Ticarətlə və yaxud kənd təsərrüfatı ilə məşğul olan şəxslərə verilir. 3 000 AZN –dən yuxarı isə 1 zamin tələb olunur.

İnkişaf Üçün Maliyyə təşkilatının təqdim etdiyi Ailə kreditləri bizneslə və digər gəlir yaradan fəaliyyətlə məşğul olan və ya daimi iş yeri olan şəxslərə, ailənin birgə yaşayan və gəlirləri olan üzvlərinin gəlirləri də nəzərə alınmaqla və onların zəmanəti ilə biznesdə dövriyyənin maliyyələşdirilməsi, investisiya fəaliyyətinin maliyyələşdirilməsi, kənd təsərrüfatı və qanunla qadağan olunmayan digər gəlir gətirən fəaliyyətlə məşğul olmaq üçün, eləcə də yeni biznesin yaradılması üçün verilir.

Siz bu kredit təşkilatından qeyd olunan məhsul üzrə maksimal 15 000 AZN əldə edə bilərsiniz. kreditin müddəti 30 ay, illik faiz isə 27-30% -lə təqdim olunur. Komissiya haqqı isə 1-2% arasında dəyişə bilər.

Təminat üzrə asas tələblər:

5000-dək -1 zamin,

5000-dən artıq-  2 zamin

Bankların “Ailə krediti” məhsulu üzrə təklif etdiyi kreditin şərtləri ilə tanış etdik.

Gördüyünüz kimi hər bankın bu kredit bu məhsul üzrə təklif etdiyi faiz, komissiya haqqı, müddət və s. göstəriciləri fərqlidir. Hər 4 bankın şərtləri ilə tanış olduqdan sonra, sizə ən uyğun olan bankı seçin.

Sonda isə Sizə mümkün olduğu qədər kreditdən uzaq olmağı arzu edirik, yox əgər, artıq bankın kredit müştərisisinizsə o zaman  şərtlərə əməl edin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər