7 C
Baku
Monday, March 3, 2025

“Air Astana” əlavə Bakı-Almatı aviareysi açacaq

Hava nəqliyyatında sərnişindaşıma tələbatını ödəmək üçün Qazaxıstanın aviaşirkətləri Novruz bayramı günlərində uçuşların sayının artırılması məsələsi üzərində iş aparıblar.

Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinin məlumatına əsasən, 2025-ci il martın 16-dan 30-dək bu ölkənin hava limanlarında əlavə 120 reys həyata keçiriləcək.

Onlardan biri də “Air Astana” aviaşirkəti tərəfindən həyata keçiriləcək əlavə Almatı-Bakı aviareysdir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər