6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

“Air Astana” Almatı-Bakı aviareysini ləğv edib

Qazaxıstanın “Air Astana” şirkətinin Almatı-Bakı-Almatı aviareysi ləğv olunub.

Bu barədə  Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, Almatı-Bakı aviareysinin təyyarəsi saat 13:05-də Bakıya enməli, saat 14:05-də isə Bakıdan Almatıya yola düşməli idi.

Xatırladaq ki, Almatı, Aktobe və Aktau hava limanları etiraz aksiyaları səbəbindən işini dayandırıb.

Qeyd edək ki, dünən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reyslərin ləğvi barəsində məlumat yayıb. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib. Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq.

 

Son xəbərlər
Oxşar xəbərlər