18 C
Baku
Sunday, September 8, 2024

“Air Europa” pilotların tətili səbəbindən 114 reysi ləğv edib

İspaniya pilotlarının həmkarlar ittifaqı “Air Europa” aviaşirkətinin əməkdaşlarını yenidən tətil etməyə çağırıb, nəticədə iyunun 2-dək planlaşdırılan ümumilikdə 114 reys ləğv edilib.

Bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, həm daxili, həm də beynəlxalq reyslər təxirə salınıb. Bazar ertəsi başlayan yeni tətilin iyunun 2-dək davam edəcəyi gözlənilir.

Ləğv edilmiş reyslərin sərnişinlərinə biletini dəyişmək imkanı verilir.

Son xəbərlər
Digər xəbərlər