3 C
Baku
Saturday, December 14, 2024

“Air France” Beyruta uçuşları avqustun 8-nə qədər ləğv edib

“Air France” aviaşirkəti və onun törəmə strukturu olan “Transavia France” Yaxın Şərqdə gərginliklə əlaqədar Paris və Beyrut arasında uçuşları ən azı avqustun 8-nə qədər ləğv edib.

Bu barədə aviaşirkətin məlumatında bildirilir.

Qeyd olunub ki, Livan paytaxtına uçuşların bərpası bölgədəki vəziyyətin qiymətləndirilməsindən asılı olacaq.

İtaliyanın “ITA Airways” şirkəti isə Yaxın Şərqdəki vəziyyətlə əlaqədar, habelə sərnişinlərin və heyətin təhlükəsizliyini təmin etmək məqsədilə Təl-Əvivə və əks istiqamətdə uçuşları avqustun 8-nə qədər ləğv edib.

Xatırladaq ki, ötən həftə HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda və “Hizbullah” lideri Həsən Nəsrullahın baş müşaviri Fuad Şükrün Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İran və “Hizbullah” onların qisasını almağa söz verib. Bundan sonra aviaşirkətlər bölgəyə uçuşları dayandırmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər