“Air Moldova” aviaşirkəti maliyyə problemləri səbəbindən aprelin 21-dən 25-dək bütün reysləri ləğv edib.
Bu barədə aviaşirkətin mətbuat xidməti feysbukda bildirib.
“Şirkətin fəaliyyəti üçün lazımi maliyyə qaynaqlarının olmaması səbəbindən 2023-cü il aprelin 21-dən aprelin 25-dək planlaşdırılan bütün uçuşları dayandırmaq məcburiyyətindəyik”, – mətbuat xidməti açıqlayıb.
Eyni zamanda, rəhbərliyin şirkətin düşdüyü vəziyyətdən çıxarmaq səyləri nəticə vermədiyi vurğulanıb.
Xatırladaq ki, ötən ilin noyabrında Moldovanın Mülki Aviasiya İdarəsi “Air Moldova”nın qeyri-sabit maliyyə vəziyyətində olduğunu və bunun şirkətin satılan biletlər üzrə öhdəliklərini yerinə yetirməsinə əngəl ola biləcəyini bildirib.