14 C
Baku
Sunday, November 24, 2024

“Air Moldova” Bakıya reysləri yenidən ləğv edib

“Air Moldova” aviaşirkəti çərşənbə gününə planlaşdırılan dörd reysi ləğv edib, bu dəfə Bakı, Bolonya və əks istiqamətə.

Bu barədə Kişineu Beynəlxalq Hava Limanının saytında məlumat verilib.

Şirkət bunun səbəbi barədə açıqlama verməyib. Amma ötən ilin noyabrında Moldovanın Mülki Aviasiya İdarəsi bildirib ki, “Air Moldova” qeyri-sabit maliyyə vəziyyətindədir, bu da onun satılan biletlər üzrə öhdəliklərini yerinə yetirməsinə mane ola bilər.

Qeyd edək ki, mart ayından etibarən aviadaşıyıcı Kişineudan, o cümlədən Bolonya, Varşava, Düsseldorf, Praqa, Roma, İstanbul, Tbilisi və digər şəhərlərə 30-dan çox reysi ləğv edib.

Sonuncu dəfə aprelin 21-dən 25-dək planlaşdırılan bütün uçuşlar ləğv edilmişdi.

2023 04 26 11 45 28

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər