15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Air Serbia” mayın 21-dən müntəzəm sərnişindaşımaları bərpa edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

Serbiyanın milli hava yolu şirkəti olan “Air Serbia” mayın 21-dən müntəzəm sərnişindaşımaları bərpa edəcək.

Ötən gün də “Belqrad Nikola Tesla” beynəlxalq hava limanı iki aydan artıq fasilədən sonra kommersiya daşımaları üçün açılıb.

Belə ki, ölkədə koronavirus pandemiyası ilə bağlı tətbiq olunmuş məhdudiyyətlərin bir qədər yumşaldılması çərçivəsində “Wizz Air” şirkətinə məxsus təyyarə London şəhərinin Luton Hava Limanından sərnişin uçuşu həyata keçirib.

Qarşıdakı iki həftə ərzində daha bir neçə hava xətti bərpa ediləcək. Belə ki, çərşənbə axşamı günü “Etihad Airways” şirkətinin “Boeing 787-9” tipli təyyarə ilə Əbu-Dabi şəhərindən uçuşlar həyata keçirəcək. Bununla yanaşı, Minsk və Sürix şəhərlərinə də müntəzəm hava xətlərinin fəaliyyət göstərəcəyi bildirilir. Bütövlükdə uçuşlar tələbata görə təşkil olunacaq.

Ölkənin əsas hava limanında bəzi gigiyena qaydaları da tətbiq olunur. O cümlədən sosial məsafə qaydası, fərdi qoruma vasitələrindən istifadə olunması, dezinfeksiya tədbirləri məcburi olacaq. Hava limanı ərazisinə yalnız yola düşən və gələn sərnişinlərin üz maskası taxmaq şərtilə girişinə yol veriləcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər