10 C
Baku
Thursday, December 12, 2024

“Airbnb” 100 min ukraynalı qaçqını mənzillə təmin edəcək

“Airbnb”nin yaşayış yeri tapmaq üçün onlayn platformasının rəhbərliyi 100 min ukraynalı qaçqını müvəqqəti olaraq mənzillə təmin etmək təklifi ilə Polşa, Almaniya, Macarıstan və Rumıniya hökumətlərinə müraciət edib.

Banker.az bu barədə “İncrussia”ya istinadən xəbər verir.

Şirkət mənzil xərclərinin bir hissəsini özü, digər hissəsini isə maliyyə donorları və platformadakı ev sahibləri hesabına ödəyəcək.

Nəşrin məlumatına görə, bu günə qədər Ukraynanı tərk edən 300 minə yaxın insan mənzilsiz qalıb. Eyni zamanda, Avropa Komissiyası hesab edir ki, bu rəqəm 1 milyona qədər arta bilər.

“Airbnb” hazırda 220-dən çox ölkə və regionda fəaliyyət göstərir. 2021-ci ildə şirkət Taliban tərəfindən ölkəni ələ keçirdikdən sonra əfqan qaçqınlarının məskunlaşmasına kömək edib.

Son xəbərlər
Digər xəbərlər