10 C
Baku
Thursday, December 12, 2024

“Airbnb” Çindəki biznesini bağlayır

Mənzil icarəsi xidməti olan “Airbnb” Çində fəaliyyətini dayandırır. Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, şirkət yayda ölkədəki bütün təklifləri saytdan götürəcək.

Xatırladaq ki, “Airbnb” Çində 2016-cı ildə fəaliyyət göstərməyə başlayıb və dərhal yerli şirkətlər tərəfindən artan rəqabətlə üzləşib. Mənbələrə görə, hələ onda Çin bazarına çıxmaq və işləməyə davam etmək olduqca çətin olub. Son bir neçə ildə “Airbnb”nin Çində gəliri ümumi gəlirin cəmi 1%-ni təşkil edib.

Şirkət Pekindəki ofisini saxlayır, lakin fəaliyyət istiqamətini dəyişərək bütün diqqətini çinlilərə yönəldir.

2020-ci ilin mayında şirkət səyahətin mümkünsüz olması fonunda işçi sayını 25% azaldıb – 7500-dən 1900-a qədər.

İnsanlar yenidən səyahət etməyə başlayanda şirkətin işi bərpa olunmağa başlayıb. Buna baxmayaraq, “Airbnb”nin fəaliyyəti Çində daha yavaş sürətlə inkişaf edib, çünki ölkə pandemiya boyu ciddi koronavirus məhdudiyyətlərini tətbiq edib

Son xəbərlər
Digər xəbərlər