12 C
Baku
Sunday, October 27, 2024

“Airbnb” həmişəlik distant iş rejiminə keçir

“Airbnb” şirkəti tamamilə distant iş rejiminə keçdiyini açıqlayıb. Banker.az xəbər verir ki, bu barədə şirkətin təsisçisi və rəhbəri Brayan Çeksi məlumat verib.

Vurğulanır ki, “Airbnb” işçilərinin əksəriyyəti distant işləyəcək, lakin bəziləri hələ də müəyyən öhdəlikləri yerinə yetirmək üçün ofisə gedib-gələcək.

İşçilər dünyanın istənilən ölkəsindən işləyə bilərlər. Onların hər birində maksimum ildə 90 gün qalmaq mümkündür. Eyni zamanda şirkət bunun əmək haqqının səviyyəsinə təsir etməyəcəyini etiraf edib.

Son xəbərlər
Digər xəbərlər