3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

“AirBnb” iki min nəfəri işdən çıxarır və IPO-dan imtina edir

Səyyahların olmaması turizm sənayesinə zərbə vura bilər. Bununla əlaqədar olaraq, “Airbnb” iki minə yaxın əməkdaşını işdən çıxarmağı, habelə sərmayələri azaltmağı planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat verib.

Eyni zamanda, amerikan startapı bu il gəlirlərinin iki dəfədən çox azalacağını güman edir. Bu, şirkət üçün əsl maliyyə fəlakəti olacaqdır. “Airbnb” nin 2020-ci ildə IPO-dan imtina etməsi də artıq təəccüblü deyil.
Hazırda karantin rejimi ilə əlaqədar olaraq, bir çox şirkət onlayn platformalara keçir. Məsələn, fitnes zallar İnternet vasitəsilə məşqlər aparırlar.

“Airbnb” yə gəldikdə, bu yaxınlarda şirkət “Zoom” vasitəsilə səyahət xidmətini təklif edib. Belə ki, artıq real vaxt rejimində müştəri müxtəlif onlayn kurslarda iştirak edə bilər.

Son xəbərlər
Oxşar xəbərlər