6 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

“Airbnb” IPO qeydiyyatı üçün müraciət edib – 2017-ci ildə şirkət $31 mlrd. dəyərində qiymətləndirilib

Qısamüddətli icarə xidməti olan “Airbnb”, ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) ilkin kütləvi yerləşdirmə üçün müraciət edib.

Bu barədə Banker.az “Vc.ru”ya istinadən xəbər verir.

Şirkət səhmlərin sayını və qiymət aralığını göstərməyib və SEC sənədləri bazarın şərtlərinə uyğunluğunu yoxladıqdan sonra birjaya çıxmağı planlaşdırdığını qeyd edib.

Xatırladaq ki, “Airbnb” birjaya çıxmaq barədə planlarını 2019-cu ilin sentyabrında açıqlamışdır. 2017-ci ilin mart ayında investorlar bu biznesi 31 milyard dollar dəyərində qiymətləndirsələr də, 2020-ci ildə pandemiya səbəbindən bu göstərici kəskin aşağı düşə bilər.

May ayında “Airbnb” işçi sayını 25% azaltmaq qərarına gəlib: şirkətin verdiyi məlumata görə, illik gəlirin iki qat azalması gözlənilir. Aprel ayında isə xidmət böhranın öhdəsindən gəlmək üçün investorlardan 1 milyard dollar cəlb edib.

Son xəbərlər
Oxşar xəbərlər