3 C
Baku
Saturday, December 14, 2024

“Airbnb” IPO üçün birjaya müraciət etdi

“Airbnb” şirkətinin bu ilin ilk doqquz ayındakı gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 32% azalaraq 2,5 milyard dollara düşüb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, onun xalis zərəri 696,9 milyon dollar olub.

Bundan əlavə, pandemiya da şirkət üçün ağır zərbə olub və nəticədə işçi sayı 25% azaldılıb. Bu isə öz növbəsində “Airbnb”ni qiymətləndirməni təxminən 50% (18 milyard dollar) azaltmağa məcbur edib.

Şirkət səhmlərini Nasdaq birjasında “ABNB” adı altında yerləşdirməyi planlaşdırır. Sənədlərdən belə çıxır ki, şirkət dörd sinfi əhatə edən səhm strukturuna malikdir: A sinfi, B sinfi, C sinfi və H sinfi.

Son xəbərlər
Digər xəbərlər