-3 C
Baku
Sunday, December 15, 2024

“Airbnb” qiymətləndirməni 47 mlrd. dollara qaldırıb – şirkət bu gün birjaya çıxacaq

Mənzil icazəsi xidməti olan “Airbnb” birjaya çıxmazdan əvvəl qiymətləndirməsini 39-42 milyard dollardan 47 milyard dollara qaldırıb.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” yazıb.

Qeyd edək ki, şirkət səhm başına qiyməti 56-60 dollardan 68 dollara yüksəldib. Noyabrın 30-u “Airbnb”nin bazar kapitallaşması 33 milyard dollar təşkil edib.

Xatırladaq ki, 7 dekabrda şirkət qiymətləndirməni 30-33 milyard dollardan 39-42 milyard dollara qaldırmışdır. Ümumilikdə, Nastaq birjasında çıxmaqla “Airbnb” 3,5 milyard dollar cəlb edə bilər.

Hərraclar 10 dekabr, yəni bu gün başlayacaq.

2017-ci ildə investorlar “Airbnb”ni 31 milyard dollar dəyərində qiymətləndiriblər. Lakin pandemiya fonunda şirkət qiyməti 18 milyard dollara aşağı salmalı olub.

Son xəbərlər
Digər xəbərlər