“Airbnb” şirkəti 2022-ci ilin üçüncü rübündə rekord 2.88 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29% çoxdur. Şirkətin verdiyi açıqlamada göstərilir ki, “bəzi geosiyasi və makroiqtisadi səbəblər olmasaydı, göstəricilər daha yaxşı ola bilərdi”.
Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.
Qeyd edək ki, 2021-ci ilin üçüncü rübü ilə müqayisədə “Airbnb”nin xalis mənfəti 1.2 milyard dollar təşkil edib.
Ümumilikdə, rüb ərzində bron sayı 25% artaraq 10 milyona çatıb, bir sutkanın bron qiyməti isə orta hesabla 156 dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 5% çoxdur.
Eyni zamanda “Airbnb” qeyd edib ki, icarəçilərin sayı kəskin artıb. Sonuncu dəfə belə bir hal 2008-ci il maliyyə böhranı dövründə müşahidə olunub.