“Airbnb” şirkəti aprelin 4-ündən Rusiya və Belarusda fəaliyyətini dayandırıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məhdudiyyət bu ölkələrin vətəndaşları üçün xaricdə yaşayış yerlərinin bron edilməsinə də şamil edilir.
“Rusiya və Belarusda elan təqvimləri bloklanıb. Artıq yeni qonaqları qarşılamaq mümkün deyil. Eyni amanda Rusiya və Belarusdan gələn qonaqlar “Airbnb”də rezervasiya edə bilməyəcəklər”, – deyə mesajda bildirilir.
“Airbnb”dən əlavə, Rusiyada fəaliyyətini dayandıran bron xidmətlərindən biri də “Booking.com”dur.