7 C
Baku
Thursday, December 12, 2024

“Airbnb” Rusiya və Belarusda fəaliyyətini dayandırır

Mənzil icarəsi xidməti olan “Airbnb” Rusiya və Belarusda fəaliyyətini dayandırıb.

Banker.az xəbər verir ki, qərar Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olması ilə əlaqədar qəbul edilib.

“Airbnb Rusiya və Belarusdakı bütü əməliyyatları dayandırır”, – deyə şirkətin baş direktoru Brayan Çeski öz “Twitter”ində yazıb.

Xidmətin saytında verilən açıqlamada bildirilir ki, xidmət Ukraynadan olan qaçqınları pulsuz olaraq mənzillə təmin etmək niyyətindədir. Ümumilikdə 100 minə yaxın insanın mənzillə təmin olunması nəzərdə tutulur.

BMT-nin son məlumatlarına görə, hərbi əməliyyatlar başlayandan bəri təxminən 1 milyon insan Ukraynanı tərk edib. Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Co Baydenin administrasiyası ABŞ Konqresindən Ukraynaya 10 milyard dollarlıq yardımın ayrılmasını təsdiq etməyi xahiş edib.

Son xəbərlər
Digər xəbərlər