Qısamüddətli icarə xidməti “Airbnb” Nastaq birjasına çıxıb. Şirkət hərraclara ABNB tikeri altında başlayıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, Bakı vaxtı ilə saat 22:55-də səhmlər 123.84% bahalaşaraq 152,21 dollar səviyyəsinə çatıb. Xatırladaq ki, şirkət yerləşdirmə qiymətini 68 dollara qaldırmağı planlaşdırır.
Bununla da “Airbnb”nin kapitallaşması 102 milyardı keçib.
Qeyd edək ki, daha əvvəl şirkət qiymətli kağızlarını 44-50 dollara satmağı planlaşdırıb, sonra isə qiymət diapazonunu 56-60 dollara artırıb.