15 C
Baku
Friday, April 26, 2024

“Airbnb” şirkəti müştərilərinə kompensasiya ödəyəcək

ABŞ-ın onlayn daşınmaz əmlak və turizm sektorunda fəaliyyət göstərən “Airbnb” şirkəti koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar rezervasiyaları ləğv olunan ev sahiblərinin zərərlərini kompensasiya etmək üçün 250 milyon ABŞ dolları məbləğində yardım paketi hazırlayır.

Bu rəqəm ümumi çıxarış haqqının 25%-ni təşkil edir.

Məlumata görə, yardım paketi Çin istisna olmaqla martın 14-dən – mayın 31-nə qədər rezervasiyaları ləğv olunan ev sahiblərini əhatə edəcək.

Qeyd edək ki, şirkət bu yaxınlarda dünya miqyasında 100 min tibb işçisini pulsuz yaşayış yerləri ilə təmin edəcəyini açıqlamışdı.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər