9 C
Baku
Monday, November 18, 2024

“Airbus” hərbi bölməsi 750 əməkdaşını ixtisar edəcək

Silah və hərbi texnika istehsalı üzrə ixtisaslaşan “Airbus Defence and Space” bəzi müdafiə proqramlarının icrası ilə bağlı problemlər fonunda 2024-cü ildə 750 əməkdaşını ixtisar edərək yenidən təşkil etməyi planlaşdırır.

Bu barədə “Agence France-Presse” korporasiyanın nümayəndəsinə istinadən məlumat yayıb.

Hazırda şirkətin müəssisələrində 34 330 nəfərin çalışdığını nəzərə alsaq, söhbət təxminən 2% ştat ixtisarından gedir.

Korporasiyanın istehsal sahələri və dizayn mərkəzləri Fransa, Almaniya və İspaniyada yerləşir.

Agentlik qeyd edib ki, “Airbus” son vaxtlar bir sıra müdafiə və kosmik proqramların həyata keçirilməsində problemlər yaşayır, lakin hansı layihələrdən söhbət getdiyini açıqlamır.

Son xəbərlər
Digər xəbərlər