9 C
Baku
Monday, November 18, 2024

“Airbus” ilk dəfə olaraq Çin istehsalı olan təyyarələri Avropaya satıb

Dünyanın aparıcı təyyarə istehsalçısı olan “Airbus” ilk dəfə olaraq Çində istehsal olunan təyyarəni Avropa şirkətinə satıb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Satılan “A321neo” təyyarəsi, Çinin şimalındakı Tianjin şəhərinin mərkəzindəki zavodda yığılıb.

Təyyarə Mərkəzi və Şərqi Avropanın ən böyük aşağı büdcəli aviadaşıyıcılarından biri olan Macarıstanın “Wizz Air” şirkətinə satılıb.

Gələcəkdə şirkətin Çində yığılmış təyyarələrin alınması üçün sifarişlərinin sayının artacağı gözlənilir.

“A321neo” “Airbus A320” ailəsinin ən böyük təyyarəsidir.

O, 244 sərnişin tutumuna malikdir.

Son xəbərlər
Digər xəbərlər