“Airbus” təyyarəqayırma şirkəti “A 330” və “A 350” sərnişin təyyarələri ilə yük daşımaq üçün onları modifikasiya etməyi düşünür.
Bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Belə ki, aviaşirkət ekonom sinif oturacaqlarını çıxararaq təyyarələrlə yüklərin daşınmasını planlaşdırır.
Bildirilib ki, bu, humanitar uçuşlara olan yüksək tələbatın ödənməsinə kömək edəcək.