“Airbus” şirkəti 30 milyard dollarlıq 2 müqavilə imzalayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən avia-şouya qatılmış Avropanın təyyarə istehsalçısı – “Airbus” şirkəti 30 milyard dollarlıq 2 kommersiya müqaviləsi imzalayıb.

Banker.az xəbər verir ki, Report agentliyi bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, müqavilələrdən biri BƏƏ-nin “Emirates” aviaşirkətinə 16 milyard dollar dəyərində 50 ədəd geniş gövdəli sərnişin təyyarəsinin, digər müqavilə isə BƏƏ-nin “Air Arabia” aviaşirkətinə 14 milyard dollar dəyərində 120 ədəd dar gövdəli sərnişin təyyarəsinin satılmasını nəzərdə tutur. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları