25 C
Baku
Saturday, July 27, 2024

“Airbus” şirkəti xərclərini azaldır

“Airbus” təyyarələri istehsal edən şirkətin rəhbəri Giyom Fori işçilərinə şirkətin koronavirus pandemiyasının təsiri səbəbindən xərcləri azaldacağı barədə xəbərdarlıq edib.

TASS-ın verdiyi məlumata görə, korporasiya artıq sərnişin təyyarələrinin istehsalını 30 faizdən çox azaldıb.

“Biz əvvəllər görünməmiş bir nisbətdə pulumuzu itiririk ki, bu da şirkətimizin mövcudluğunu sual altında qoyur”, – G.Fori bildirib.

“Airbus”un başçısı şirkətin xilas edilməsi üçün xərcləri dərhal azaltmağın vacib olduğunu deyib.

Bundan əvvəl korporasiya sərnişin təyyarələrinin istehsalını üçdə bir qədər azaldıb.

©Trend

Son xəbərlər
Digər xəbərlər