22 C
Baku
Saturday, April 20, 2024

“Airbus”ın Çində ilk helikopter zavodu fəaliyyətə başlayıb

Çinin Çindao şəhərində “Airbus” korporasiyasının ilk helikopter yığımı zavodu fəaliyyətə başlayıb.

Bu, xarici şirkətin Çindəki ilk helikopter zavodu olmaqla yanaşı, “Airbus”ın Avropadan kənarda “H135” helikopterlərinin yığıldığı ilk müəssisəsidir. “Airbus” ilə Çin şirkətinin müştərək müəssisə olan zavodun yaradılması barədə razılaşma 2016-cı ildə əldə olunub.

“Airbus”ın yaydığı məlumatda deyilir ki, 6500 kvadratmetr sahəsi olan zavodda yığılacaq ilk helikopter ilin ikinci yarısında təqdim olunacaq. Zavodun ildə 18 helikopter istehsal etməsi planlaşdırılır. Tələbat çoxalacağı təqdirdə, istehsal da artırılacaq. Helikopterlərin əsas komponentləri, o cümlədən fyuzelaj, sürət qutusu Almaniya və İspaniyadan gətiriləcək.

Qeyd edək ki, ikimühərrikli “H135” populyar helikopter modelidir. Ondan təcili tibbi yardım, axtarış və xilasetmə işlərində, hüquq mühafizə orqanlarının əməliyyatlarında, yanğınla mühafizədə və turizm səyahətlərində geniş istifadə olunur. Hazırda dünyada təxminən 1300 ədəd “H135” seriyasından olan helikopter istifadədir.

MənbəAzərTac
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər