“Apple” şirkəti sentyabrda “iPhone 17” smartfonları ilə yanaşı canlı tərcümə xüsusiyyətinə malik yeni “AirPod”ları da təqdim edəcək.
“AirPod”lar real vaxt tərcüməsi ilə təchiz ediləcək. Bu isə istifadəçilərə telefonunda tərcümə proqramını açmadan söhbət etdiyi şəxsi öz dilində eşitməyə imkan verəcək.
Bu xüsusiyyət ilkin olaraq ingilis, fransız, alman və portuqal dillərində olacaq. Türk və digər dillərlə bağlı bu yeniliyin tətbiqi barədə hələ məlumat yoxdur.
Canlı tərcümə xüsusiyyətinin əvvəlcə “AirPod Pro 2” və “AirPod 4” də mövcud olacağı gözlənilsə də, köhnə “AirPod” və “AirPod Max” üçün hələ təsdiqlənməyib.