8 C
Baku
Wednesday, October 30, 2024

AK Prezidenti: Rusiya qazını satmaqdansa, boşuna yandırır

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Rusiyanın Ukraynaya təcavüzünə qarşı Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq bu ölkənin öz mavi yanacağından silah kimi istifadə etməkdə maraqlı olduğunu, hətta bunu satmaq əvəzinə məhv etdiyini deyib.

Bu barədə Avropa Komissiyasının Prezidenti G20 liderlərinin zirvə toplantısının ilk sessiyasında çıxışında bildirib.

“Biz görürük ki, Rusiya qazını satmaqdansa, boşuna yandırır. Rusiyanın davranışı qlobal enerji bazarlarında qıtlığa və qiymətlərin ciddi qalxmasına səbəb olub”, von der Leyen əlavə edib.

“Bu vəziyyətə ən yaxşı cavabımız enerjinin təmiz formalarına keçidi sürətləndirməkdir. Bu, həm enerji, həm də iqlim böhranlarına yeganə cavabdır və dünyanın digər regionları üçün də böyük imkanlar təqdim edir”.

Ursula von der Leyen deyib ki, Avropa növbəti beş il ərzində bərpa olunan enerjiyə ən azı 4 milyard avro (4.1 milyard dollar) sərmayə qoyacaq. Onun sözlərinə görə, bu, həm də böyük özəl investisiyaların yatırılması deməkdir.

Sessiyasının iştirakçılarına görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də sammitində Rusiyanı tənqid edib və Moskvanı enerjini silah kimi alətə çevirməkdə ittiham edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər