8 C
Baku
Sunday, November 17, 2024

AK qazın qiyməti üzrə 275 avro hədd tətbiq etməyi təklif edir

Avropa Komissiyası (AK) TTF mərkəzinin indeksinə əsasən qazın qiyməti üzrə hər MVt/saat üçün 275 avro səviyyəsində fövqəladə hədd təklif edən reqlament dərc edib.

1 MVt/saat üçün 275 avro məbləğ 1000 kub metr üçün təxminən 2 900 ABŞ dolları deməkdir. Bu gün qazın spot qiyməti 1 120 ABŞ dolları olub. Bu rəqəm hazırkı 120 avro səviyyəsindən xeyli yuxarıdır, lakin Avropa ölkələrinin bu yay əziyyət çəkdiyi pik məbləğlərdən aşağıdır.

“Bu qiymətdən yuxarı sövdələşmələr aparılmayacaq. İki şərt yerinə yetirildiyi təqdirdə bazar korreksiyası mexanizmi işə düşəcək. Birincisi qazın qiyməti iki həftə ərzində müəyyən edilmiş həddi, yəni 275 avronu keçərsə. İkincisi isə TTF qiyməti ilə qlobal LNG qiyməti arasındakı fərq 10 ticarət günü ərzində 58 avro və ya daha çox olarsa”, – energetika üzrə Avropa komissarı Kadri Simson mətbuat konfransında bildirib.

AK-nın təklifi enerji xərclərini azaltmaq istəyən bir sıra Avropa İtiifaqı ölkələri tərəfindən dəstəklənib, lakin hələ də milli hökumətlərin təsdiqinə ehtiyac var. Son həftələrdə qazın qiyməti aşağı düşüb, lakin noyabrın 22-də “Qazprom”un Avropaya qaz tədarükünü daha da azaltmaqla bağlı hədələri növbəti dəfə qiymət artımı ehtimalını artırıb.

AK-nın təklifi Avaropa İtiifaqı ölkələrinin energetika nazirləri tərəfindən noyabrın 24-də Brüsseldə keçiriləcək fövqəladə iclasda müzakirə olunacaq. Milli hökumətlərin sənədə düzəlişlər təklif etmək hüququ var.

Son xəbərlər
Digər xəbərlər