Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncama əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşası davam etdirilən yeni nəsil neftdaşıyan tankerinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin şərəfinə “Akademik Xoşbəxt Yusifzadə” adlandırılması qərara alınıb.
Bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verilir.
Məlumata görə, sözügedən gəminin 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur.
“Dənizçilər olaraq gəminin X.Yusifzadənin adını daşımasından sonsuz qürur və iftixar hissi duyuruq. İnanırıq ki, tanker istifadəyə verildikdən sonra həm donanmamız, həm də ümumilikdə ölkəmiz üçün böyük uğurlar gətirəcək”, – qurum bəyan edib.
©Report