9 fevral 2024-cü il tarixindən etibarən “akart” supermarket, aptek, YDM və avtoehtiyat hissələri mağazalarında edilən ödənişlərə 2% keşbek hesablanacaq.
Bu barədə Banker.az xəbər verir.
Qeyd edək ki, hazırda bu kateqoriyalar üzrə 5% keşbek hesablanır. “akart”la hər kateqoriya üzrə ay ərzində 25 AZN keşbek qazanmaq mümkündür.