9 C
Baku
Thursday, December 12, 2024

“akart”a rəhbərlik bu şəxsə həvalə edildi – TƏYİNAT

“Azercell Telekom” MMC-nin bazarda “akart” fintexi ilə çıxış edən və elektron pul təşkilatı olan “A-Solutions Elektron Pul Təşkilatı” MMC-nin direktoru dəyişib.

Banker.az xəbər verir ki, Azad Hüseynov İsrail oğlu vəzifəsindən ayrılıb.

Onu bu vəzifədə Həsən Həsənov Oqtay oğlu əvəz edib. Lakin H.Həsənov bu vəzifənin müvəqqəti icraedicisi kimi təyin edilib.

H.Həsənov 5 ildir ki, “Azercell”də çalışır. Onun şirkətdə son vəzifəsi strategiya üzrə baş direktor olub.

Xatırladaq ki, şirkət 2023-cü ilin noyabrında təsis edilib və “Azercell Telekom”un strukturundadır. Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2024-cü ilin 16 may tarixli qərarı ilə bazarda iştirakına lisenziya təqdim edilib.

Şirkət bu fəaliyyətlə məşğul ola bilər:

– ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;

– kredit köçürməsi, birbaşa debetləşmə, ödəniş kartı və ya digər ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;

– ödəniş əməliyyatının ekvayrinqi;

– pul köçürməsi;

– elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;

– ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;

– hesab üzrə məlumat xidməti.

Son xəbərlər
Digər xəbərlər