2 C
Baku
Saturday, March 2, 2024

AKİA lizinq məsələsinə görə “Lerik Broyler”i məhkəməyə verib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Lerik Broyler” MMC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin iddiası Şirvan Kommersiya Məhkəməsinin hakimi İlqar Cabbarovun icraatındadır.

Aqrar Kredit və İnkişaf Agentliyi “Lerik Broyler” MMC-nin arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr –  Lizinq müqaviləsi üzrə mübahisələrdir.

Qeyd edək ki, “Lerik Broyler” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Nail Rufulallıdır.

Son xəbərlər
Digər xəbərlər