Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Lerik Broyler” MMC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin iddiası Şirvan Kommersiya Məhkəməsinin hakimi İlqar Cabbarovun icraatındadır.
Aqrar Kredit və İnkişaf Agentliyi “Lerik Broyler” MMC-nin arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Lizinq müqaviləsi üzrə mübahisələrdir.
Qeyd edək ki, “Lerik Broyler” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Nail Rufulallıdır.