21 C
Baku
Monday, September 22, 2025

AKİA-ya yeni sədr müavini təyin edilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) sədrinə yeni müavini təyin olunub.

Banker.az xəbər verir ki, nazir Məcnun Məmmədovun müvafiq əmri ilə Emin Məmmədov bu vəzifəyə gətirilib. O 2023-cü ilin oktyabrından bu günə qədər AKİA-da Maliyyə və mühasibatlıq departamentinin direktoru kimi çalışırdı.

E.Məmmədov bundan öncə “Modern Şirkətlər Qrupu”, “Performance Center” (Chevriolet Azərbaycan) və “Grand-Agro” MMC-də çalışıb.

Hazırda sədr Yalçın Camalov, digər müavinlər isə Mehman İsmayılov və Leyla Cabbarlıdır.

Son xəbərlər
Digər xəbərlər