AKİA yeni modula keçir: Müvəkkil banklara kredit limitinə və müraciətlərə onlayn nəzarət edəcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Aərbaycanda yerli məhsulla yeni sistemə inteqrasiya edir.

Banker.az bildirir ki, AKİA yerli məhsul olan GNİ Softvvare Avtomatlaşdırılmış İnformasiya Sisteminin modullarını tətbiq etməklə yanaşı, həmçinin, texniki dəstək xidmətindən istifadə edəcək.

Bununla bağlı “GNI CONSULTING” MMC ilə modulun tətbqinə görə 51.5 min manat və modula texniki dəstəyə grə 45.8 min manatlıq müqavilə imzalayıb.

“GNI CONSULTING” – 2008-ci ildə təsis edildiyini rəsmi səhifəsində qeyd etsə də, şirkət kimi dövlət qeydiyyatına 2019-cu ilin dekabrında qeydə alınıb. Şirkət əsasən, maliyyə və korporativ sahədə yeni yerli təcrübə əsasında modullar tətbiq edir.

Tenderə daxildir,

  • GNİ Loans Registration System (Kreditlərin qeydiyyatı sistemi) – kredit müqavilələrinin, hesablarının, kredit üzrə ödəmə cədvəllərin idarə edilməsi;
  • GNİ Operational Reporting System (Əməliyyat hesabatlığı sistemi) – Bütün modullar üzərindən aparılan bütün əməliyyatlar üzrə bütün mümkün meyarlar üzrə hesabatlığın əldə edilməsi;
  • Müştərilərin Kredit Müraciətlərinin (KM) onlayn qeydiyyatı üçün veb-portal;
  • Müvəkkil kredit təşkilatları tərəfindən kredit müraciətlərinin onlayn təsdiqi və kredit müraciətləri üzrə kredit memorandumlarının qeydiyyatı üçün veb-portal;
  • Kredit Komitələrinin İdarə Edilməsi sistemi (Kredit Memorandumlarının təsdiqi üzrə iş axını);
  • GNİ GL Management modulu – Hesablar planının və müxabirləşmələrin idarə edilməsi. «GL Management» modulu vasitəsilə bir neçə alt hesablar planı yaradılması mümkündür. «GL Management» moduluna paket şəkildə işləyən «Start-of-Day» və «End-of-Day» proqramları daxildir. Qeyd olunan proseslərdə işləyən proqramlar xüsusi konstruktor vasitəsilə idarə olunur – çalışma şərtləri, işləmə ardıcıllığı və s .;
  • Müştərilərlə əlaqələrin idarə edilməsi sistemi (GNİ CRM) – Müştəri (fiziki şəxslər, fərdi-sahibkarlar, hüquqi şəxslər) profillərinin hər tərəfli idarə edilməsi sistemi. Bütün Müştəri tipləri (real və ya potensial, fiziki və ya hüquqi şəxslər) bir-pəncərə prinsipinə görə tək modul vasitəsilə həyata keçirilir. Müştəri tipinə görə ekranda məlumatlar dinamik olaraq dəyişiklik olunur;
  • GNİ Credit Organizations Management System (Kredit Təşkilatlarının İdarə Edilməsi sistemi) – Müvəkkil kredit təşkilatlarının, onlar üzrə limitlərin idarə edilməsi;
  • GNİ Loans Daily İnterest Calculation System (Kreditlər üzrə gündəlik faizlərin hesablanması sistemi) – Verilmiş kreditlər üzrə müddətli və vaxtı keçmiş qalıqlara əsasən təyin olunmuş faiz və cərimə dərəcəsi üzrə gündəlik faizlərin hesablanması;
  • GNİ Loans Payments and Clearing Management System (Kreditlərin ödənilməsi və ödənişlərin silinməsi sistemi) – Ödəniş cədvəlləri əsasında kreditlər üzrə ödənişlərin və ödənilən məbləğlərin təyin olunan prioritetə uyğun silinməsi. Silinmələr tək-tək və ya fayl yükləməklə kütləvi həyata keçirilə bilər;
  • GNİ Collaterals Management System (Girovların İdarə Edilməsi sistemi) – Kreditlər üzrə bütün girov növlərinin (daşınmaz əmlak, nəqliyyat, nağd vəsaitlər və qiymətli əşyalar, zaminlik, təminat məktubu, qiymətli kağızlar, şərti girovlar və s.) hər tərəfli idarə edilməsi. Kredit memorandumlar təsdiqlənərkən orada daxil olunan girov məlumatları avtomatik olaraq Girov modulunda qeydiyyat olunur. Modul vasitəsilə qeydiyyat olunan Girovlar yenidən qiymətləndirilə bilər, çıxış oluna bilər və ya satış oluna bilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.