AKİA yeni səlahiyyət alır – Kredit təminatı və mikrokreditlərlə bağlı

“Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Prezidentin 2015-ci il 23 iyul tarixli Fərmanında dəyişiklik edilməsi barədə ölkə başçısı 8 aprel 2020-ci ildə fərman imzalayıb.

Fərmanda deyilir,

  1. 1.1-ci bəndə “güzəştli kreditlərin” sözlərindən sonra “, təminatların” sözü əlavə edilsin.

(1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) bu Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.)

  1. 2.0.3-cü yarımbəndə “kreditlər” sözündən sonra “və həmin kreditlərə təminat” sözləri əlavə edilsin.

(2.0.3. aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə kreditlər vermək;)

  1. aşağıdakı məzmunda 3.0.1-1-ci yarımbənd əlavə( agentliyin vəzifələri hissəsinə) edilsin:

“3.0.1-1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini təmin etmək;”.