14 C
Baku
Friday, May 17, 2024

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı məhkəmə başlayıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika idarəsinin rəisi Akif Çovdarovun əmlakları ilə bağlı məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə ilkin məlumatlar və şikayətin dəlilləri araşdırılıb.

Məhkəmənin növbəti baxış iclası iyulun 18-nə təyin edilib.

Qeyd edək ki, Akif Çovdarov 2015-ci ildə saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib və 30 milyon manatlıq əmlakı müsadirə edilib.

2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin Ali Məhkəmə həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər