13 C
Baku
Sunday, November 24, 2024

Akif Süleymanov vəzifəsindən azad edildi – Prezidentdən sərəncam

Akif Süleymanovun Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Banker.az bunu Prezientin rəsmi səhifəsinə istinadən xəbər verir.

“Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilsin” -deyə, 19 iyul 2022-ci il tarixli sərəncamda deyilir.

1951-ci ildə Qazax rayonunun II Şıxlı kəndində fəhlə ailəsində anadan olmuşdur. Ailəlidir. 2 övlad atasıdır.

1969-cu ildə II Şıxlı orta məktəbini bitirdikdən sonra Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakultəsinin “Elektron hesablama maşınları, kompleksləri. sistemləri və şəbəkələri” ixtisasına qəbul olmuş və 1972-ci ildə “Azərbaycandan kənarda kadr hazırlığı siyasətinə” uyğun olaraq təhsilini davam etdirmək üçün Moskva Energetika İnstitutuna oxumağa göndərilmişdir.

A.Ş.Süleymanov 1976-cı ildə Moskva Energetika İnstitutunun (MEİ) “Avtomatika və hesablama texnikası” fakültəsinin “Elektron hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri” ixtisasını bitirdikdən sonra respublikamıza qayıtmış və təyinatla Bakı radio zavodunda əmək fəaliyyətinə başlamışdır. Zavodda kompüter üzrə mühəndis-nizamlayıcı vəzifəsində işləmişdir. İşlədiyi müddətdə Azərbaycan Texniki Universitetində saat hesabı dərslər aparmışdır.

O, 13.03.2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi.

Son xəbərlər
Digər xəbərlər