“Toyota Industries Corp”un səhmlərini “Toyota Motor Corp”un sədri Akio Toyodanın rəhbərlik etdiyi “Toyota Fudosan Co” şirkəti alacaq. “Bloomberg” yazır ki, “Toyota Industries” səhmlərinin 16,300 yenaya (113,6 dollar) satılacağı gözlənilir ki, bu da qiymətli kağızların indiki qiymətindən 11% aşağıdır. Müqavilənin ümumi dəyəri 4,7 trilyon yen və ya 33 milyard dollar təşkil edir.
Sövdələşmə nəticəsində yeni holdinq yaradılacaq, hansı ki “Toyota Fudosan”a məxsus olacaq. Eyni zamanda müəssisə Toyoda ailəsi üçün investisiya vasitəsi rolunu oynayacaq. Akio Toyoda özü layihəyə 1 milyard yen (6,97 milyon dollar) sərmayə qoyacaq.
“Toyota Industries”in səhmləri çərşənbə axşamı Tokioda 0,8% artıb. Şirkət 1890-cı ildə Akio Toyodanın ulu babası tərəfindən təsis edilib, “Toyota Motor” isə 1937-ci ildə yaranıb. Qeyd edək ki, hazırda “Toyota Motor” dünyanın ən böyük avtomobil istehsalçısıdır.
“Toyota Motor” şirkəti “Toyota Industries”in 24,2%-nə, “Toyota Fudosan” isə 5,32%-nə sahibdir. Bu arada, “Toyota Motor”un təxminən 9%-i “Toyota Industries”ə məxsusdur.