3 C
Baku
Saturday, December 14, 2024

“Akkord” 1 milyon manata yaxın vergi borcunu ödəyib

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunu tam ödəyib.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 22 iyun 2020-ci il tarixinə qədər 980 min 418 manat vergi borcu var idi.

Xatırladaq ki, tikinti sektorunun şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır və qanuni təmsilçisi Bürhan Həmidovdur. Dərya Vəliyev isə şirkətin Müşahidə Şurasının sədridir.

Son xəbərlər
Digər xəbərlər