16 C
Baku
Tuesday, April 30, 2024

Akkord “Azərişıq”ı məhkəməyə verib

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC “Azərişıq” ASC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Mirzə Tağızadənin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 8.33 mln. manatdır. Şirkətin səhmlərinin 51%-i “VIP Estate” MMC-yə, 49%-i isə Dərya Müsəllim oğlu Vəliyeva məxsusdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər